“Bizim.Media-nın oxucusuna çevrildim” – Partiya SƏDRİ

Hazırda oxunan: “Bizim.Media-nın oxucusuna çevrildim” – Partiya SƏDRİ

39357

Bizim.Media saytının fəaliyyətə başlamasından 1 il ötür. Xəbər portalı ötən il sentyabrın 27-dən oxucuların ixtiyarındadır. 

Bizim.Media-nın sıx əməkdaşlıq etdiyi millət vəkillərindən biri də Razi Nurullayevdir. Ölkədə baş verən siyasi, ictimai, sosial, təhlükəsizlik məsələlərində millət vəkilinin şərhləri oxucularımız tərəfindən daim izlənir.

Millət vəkili ildönümünü qeyd edən Bizim.Media-ya ürək sözlərini belə ifadə edib:

“Yazılarını oxumamış, məlumat toplamamış Bizim.Media saytına daxil olduğum gündən onun həm mobil, həm də kompüter üzərindən dizaynı və şriftləri çox xoşuma gəldi. Əlavə olaraq yazıların içərisində mövzuya uyğun ondan əvvəl verilmiş hiperlinklər yerləşdirilir. Açığı bunu çox bəyəndim və o məni sayta bir daha qayıtmağa vadar etdi.
 

Növbəti dəfə sayta daxil olanda məlumatların qısa, lokonik və daha çox məna kəsb edən hisssələrinə önəm verildiyinin şahidi oldum. Çünki bəzən böyük yazıları oxuyub bitirmək olmur. Yaxud ortasından, axırından bir -iki cümlə oxumaq mümkün olur. “Bizim.Media” saytında isə dərc olunan yazılar bir məlumat yüklüdür. Beləliklə Bizim.Media-nın oxucusuna çevrildim”.


Deputat müxtəlif məsələlərdə onun da fikirlərinin “Bizim.Media”-da dərc olunmasına öz təşəkkürünü bildirib:

“Sağ olun ki, daim mənim də fikirlərimi alıb, ictimailəşdirirsiz. Daim izləyirəm və ən xoşuma gələn xəbər saytları içərisindədir. Sizə fəaliyyətinizdə bol uğur və nailiyyətlər arzulayıram”, -deyə deputat əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin