Mətbuat Şurası “Bizim.Media”-nı TƏBRİK ETDİ 

Hazırda oxunan: Mətbuat Şurası “Bizim.Media”-nı TƏBRİK ETDİ 

39356

“Bizim.media məsuliyyətli insanların bir yerə toplaşaraq jurnalist peşəsinə sədaqət nümayiş etdirdikləri komandadır. Bu sədaqət isə cəmiyyətin maraq və mənafelərinin təmin olunmasına dəstək göstərmək kimi ali məqsədə köklənib”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov saytın ildönümü ilə bağlı təbriklərini çatdırarkən deyib. Onun sözlərinə görə qarşıya qoyulan məqsəd və mərama çatmaq istəyi qısa zamanda saytı ictimaiyyətə tanıdıb:
 

MÖVZU İLƏ BAĞLI:

Həmkarlarımız Bizim.Media-nı təbrik edir: “Yaşınız bir neçə rəqəmli olsun”


“Artıq bir ildir ki, Azərbaycanın internet məkanına “Bizim.media” adlı sayt daxil olub. Sayt fəaliyyəti ilə elə təəssürat yaradır ki, sanki yaşı bir deyil, daha çoxdur. Belə təəssürat peşəyə yanaşmadan, məsuliyyətdən irəli gəlir.

“Bizim.media” rəhbərliyini və kollektivini saytın fəaliyyətə başlamasının bir ili münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, media orqanı gələcəkdə nəinki daha çox tanınacaq, eyni zamanda yüksək populyarlıq da qazanacaq. Bu yolda saytın bütün əməkdaşlarına iti çalışmaq əzmi, zehin açıqlığı, möhkəm cansağlığı, bol-bol uğur və müvəffəqiyyətlər arzulayıram”.

Xatırladaq ki, “Bizim.Media” saytının fəaliyyətə başlamasından 1 il ötür. Xəbər portalı ötən il sentyabrın 27-dən oxucuların ixtiyarındadır.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Həmçinin maraqlı layihə və rubrikaları, ən əsası fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin