Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə 1 Oktyabr- Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü münasibətilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin üzvləri, Vətən müharibəsində iştirak edən prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olan prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Baş prokuroru Türkiyəyə getdi
Bundan sonra Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilib.
Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün yekununda xatirə fotoşəkli çəkilib.
Bizim.Media