Həmkarlarımız Bizim.Media-nı təbrik edir: “Yaşınız bir neçə rəqəmli olsun”

Hazırda oxunan: Həmkarlarımız Bizim.Media-nı təbrik edir: “Yaşınız bir neçə rəqəmli olsun”

39339

Bizim.Media qurumunun 1 yaşında təbrik edənlərin sırasında media məkanında əməkdaşlıq etdiyimiz həmkarlarımız da var. 

''Yeniçağ'' media qurumunun rəhbəri Aqil Ələsgər bildirib ki, Bizim.Media gündəlik izlədiyim saytlar içərisindədir, onun fəaliyyətini təqib edirəm”

“Maraqlı materiallar, araşdırma yazılar isə diqqətimi daha çox cəlb edir. Azərbaycanda bu gün araşdırma jurnalistikası çox təəsüf ki, zəifdir. Bizim.Media isə bu ənənəni layiqincə yerinə yetirir. Məsələn Tərtər hadisələri haqqında məqalələr, dərc olunan müəyyən sənədlər mənə maraqlı oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media – 1 ilin XÜLASƏSİ


Qeyd edim ki, bu gün ki, şəraitdə sayt qurmaq, onu çalışdırmaq kənardan çox asan gəlir, ancaq bir portalı inkişaf etdirmək çox məsuliyyətli işdir. Mən Bizim.Media-ya bu yolda uğurlar arzulayıram, inanıram ki, bizim dost saytlarımız hamısı bir yox bir neçə rəqəmli yaşlarını qeyd edəcəklər”.

“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud da bizi təbrik edənlər sırasında oldu:

“Mən də Bizim. Media-nı ürəkdən təbrik edirəm, başladığı yolda sayta uğurlar, kollektivə isə daha da operativ çalışmağı arzu edirəm”.

“Demokrat” xəbər portalının baş redaktoru Vasif Həsənli də Bizim.Media-nın daimi izləyicisi olduğunu bildirdi:

“Bu 1 il ərzində Bizim.Media maraqlı, özəl materialları ilə Azərbaycan mətbuatında öz sözünü deməyi bacarıb. Biz özümüz də sizin maraqlı məqalələrinizdən, yazılarınızdan istifadə edirik. Mən həm də Bizim.Media-nı baş redaktoru Anar Tahirovun Şuşaya ilk daxil olan jurnalist kimi xatırlayıram. 

Bizim.Media-ya daha böyük uğurlar arzulayıram və bir daha təbrik edirəm”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin