Xudat şəhərində Xaçmazın ilk şəhidlərindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin  Baş giziri İlham Rəşidovun xatirəsi anılıb.  
Bizim.Media xəbər verir ki, 2020-ci il  sentyabrın 27-də Murovdağda şəhid düşən İlham Rəşidovu yaxınları, ailəsi və hərbçi dostları onu məzarı başında hörmətlə yad ediblər.
Mərasimdə çıxış edənlər qeyd ediblər ki,  1983-cü ildə Türkmənistanda doğulan İlham Rəşidov orta məktəbi Xaçmazda bitirib. Hərbi Xidmətini bitirdikdən sonra o, Xüsusi Təyinatlı Qüvvələrdə qulluğa başlayıb. 
Baş gizir Vətən müharibəsinin ilk günündə  Murovdağda  döyüş yoldaşlarını xilas etmək istəyərkən minatan  mərminin partlaması nəticəsində şəhid olub. 
Sağlığında 7 döyüş medalı alan İlham Rəşidov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda","İgidliyə görə" və"Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.
Aytəkin Alxaslı, Bizim.Media



 

- A-
- A
- A+
Cəmiyyət
							15:20 / 29.09.2021
							
						Xaçmazın ilk şəhidi belə yad edildi - FOTO
						
							
								Hazırda oxunan: Xaçmazın ilk şəhidi belə yad edildi - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Xaçmazın ilk şəhidi belə yad edildi - FOTO							
						39335
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































