Vəzifəli şəxslərə cinayət işi AÇILDI 

Hazırda oxunan: Vəzifəli şəxslərə cinayət işi AÇILDI 

39322

“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVID-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Bizim.Media rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVID-19” pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 6 xəstəxana əməkdaşına cinayət işi AÇILDI - SƏBƏB 


Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb. 

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin