Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib.
Bizim.Media-nın məlumatına görə, Şəhidlər xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.
Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.
MÖVZU İLƏ BAĞLI:
32 naməlum şəhidin məzarı açılacaq - Baş Prokurorluq
Qeyd edək ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.
Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır. (Report)
Bizim.Media