Bir ay əvvəl vətəndaşın evindən oğurluq edən qadın saxlanıb. O, ifadəsində şeytana aldandığını bildirib.
Bizim.Media xəbər verir ki, əməliyyatı İsmayıllı polisi keçirib.
Rayonun Qurbanəfəndi kənd sakini Şöhrət Ələsgərov polis şöbəsinə müraciət edərək bildirib ki, 28 avqust 2021-ci il tarixdə yaşadığı evdən 2000 manat pul və 2242 manat məbləğində qızıl-zinət əşyaları oğurlanıb.
Şübhəli şəxs kimi saxlanılan 1996-cı il təvəllüdlü Yevlax şəhər sakini Sahibə Mahmudova əməlini etiraf edib.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş qadının cinayət işinin istintaqı davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:03 / 28.09.2021
Oğurluq etdi, günahı şeytanın üstünə atdı - VİDEO
Hazırda oxunan: Oğurluq etdi, günahı şeytanın üstünə atdı - VİDEO
Hazırda oxunan: Oğurluq etdi, günahı şeytanın üstünə atdı - VİDEO
39233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.