Qubadlı Rayon İcra Hakimiyyəti yaşıllaşdırma ilə bağlı tender elan edib.
Bizim.Media dövlət satınalamalarının vahid elektron portalına istinadən xəbər verir ki, elanda parkın qurumuş ağaclarının yenidən əkilməsi, qızılgül kollarının, qazonların əkilməsi və s. üzrə xidmətlərin satın alındığı bildirilir.
MÖVZU İLƏ BAĞLI:
“Ahıllar Evi” yenidən qurulur - Tender elan olundu
Bu gün başlanan açıq tender üzrə tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 19 oktyabr saat 10.00-dur.
Tender təklifləri isə 27 oktyabr saat 10-a qədər təqdim olunmalıdır.
Qeyd edək ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Xatirə, Bizim.Media