Prezidentdən “ASAN Xidmət”lə bağlı FƏRMAN 

Hazırda oxunan: Prezidentdən “ASAN Xidmət”lə bağlı FƏRMAN 

39161

Prezident İlham Əliyev “ASAN Xidmət” işçilərinin sayının artırılması ilə bağlı fərman imzalayıb. 

Bizim.Media-nın xəbərinə görə, Dövlət başçısı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edib. 

Fərmana dəyişikliklə Pezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895-dən 995-ə qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin