Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Müsavat
Partiyasının Milli Şurada qalıb-qalmayacağıdır.
Moderator.az-a açıqlama verən
Müsavat Partiyasının divan üzvü Tural Abbaslı partiyanın Milli Şuradakı gələcək taleyinə aydınlıq gətirib:
“Biz hal-hazırda həm partiya daxilində, həm də müttəfiqlərimizlə müzakirələr
aparmaqdayıq. Biz həm partiyamızın, həm
də demokratik düşərgənin maraqlarını düşünürük.
Bildiyimiz kimi Milli Şura prezident seçkiləri ərəfəsində yaranmışdı və əsas
missiyası da seçkidə iştirak idi. Bu mərhələ
artıq arxada qaldı, hesab edirəm ki, müzakirələr aparılmalı və yeni hədəflər müəyyən
olunmalıdır. Partiyamızın qurumdakı
taleyinə isə yaxın günlərdə aydınlıq gələcək. İstənilən halda biz partiyamız və
cəmiyyət üçün ən məqbul olan variantı seçəcəyik.”
Xəyal Əzizov































































































