“Körpələrinə Polad adı verənlər anamdan xeyir-dua istəyirlər” – Generalın bacısından AÇIQLAMA

Hazırda oxunan: “Körpələrinə Polad adı verənlər anamdan xeyir-dua istəyirlər” – Generalın bacısından AÇIQLAMA

39143

“Təssüflər olsun ki, qardaşım 44 günlük müharibəsinin içərisində iştirak etmədi. Amma onun yetişdirdiyi minlərlə əsgər və zabit orada Poladın ruhuna sarılaraq savaşdılar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. Onun sözlərinə görə bu müharibə həm də Polad Həşimovun qisasının alınması üçün bir vəsilə oldu:

“Çox mərd və ürəkli oğullarımız var. Onlarla qürur duyuram. Savaşa girdikləri zaman 1 sm belə geri qayıtmadan ancaq irəli gedərək öncə generalların, Poladın, ardınca da şəhid olan öz döyüş yoldaşlarının qisasını aldılar.
 

MÖVZU İLƏ BAĞLI:

Polad Həşimovun qızı tələbə oldu


Bu qisas və düşmənə nifrət onları yalnız irəli götürdü. Bir tərəfdən qürur duyuruq, bir tərəfdən də içimiz hüznlə doludur.

Baxın, dünən Anım Günündə bütün tədbirləri həyata keçirmək üçün uyğun və gözəl hava şəraiti keçdi. Hər kəs Şəhidlər Xiyabanına, Fəxri Xiyabana axın etdi.

Heç kim onları evindən zorla çıxarmadı. Çünki şəhidlər hamımızındır. Bu gün isə sanki yer-göy ağlayır. Çünki ötən il sentyabrın 28-dən Azərbaycana ilk şəhid xəbərləri gəlməyə başladı.
 

Neçə ocaqlara, evlərə atəş düşdü və bu yer-göy ona ağlayır. Bu bir təsadüfdürmü, ya Allahın işidir, bilmirəm. Hər halda şərəfimizlə yanaşı, çox böyük acılarımız var. Şəhid ailələrinin nə çəkdiyini mən bilirəm”.


Kəmalə Həşimova doğulan körpələrə Polad adının verilməsindən də danışıb:

“Dünyaya yeni-yeni Poladların gəlməsi sadəcə qürurvericidir. Polad adını övladına qoyan gənc ailələr anamın yanına gəlib xeyir-dua istəyirlər. İnanıram ki, bu uşaqların içərisində azacıq da olsa Polad nəfəsi və qeyrəti olacaq. Çünki insan adına çəkər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin