Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.
MÖVZU İLƏ BAĞLI:
Kərim Vəliyev Hulusi Akarla GÖRÜŞDÜ
Bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd edilib və bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib.
Görüşdə tərəflər hərbi sahədə birgə sənayenin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Bizim.Media