Prezidentin fotosunu daşıdığı şəhid kimdir? – Atası DANIŞDI

Hazırda oxunan: Prezidentin fotosunu daşıdığı şəhid kimdir? – Atası DANIŞDI

38967

Bu gün Şəhidlərimizin ruhlarına ehtiram olaraq keçirilən yürüş zamanı Ali Baş Komandan İlham Əliyev fotosunu əlində tutduğu şəhid İbrahimli Adil Asəm oğludur.

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımı anım yürüşündə iştirak etdi - FOTO


2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsini alır. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirir.

Adil ailəsinin ortancıl övladı olub. Adil İbrahimlinin atası Asəm bəy də I Qarabağ Müharibəsi qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. 

O, Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda torpağa tapşırılıb. Adil İbrahimlinin dəfni zamanı onun həyat yoldaşı Nargül xanım hərbi geyimdə həyat yoldaşının tabutunu məzarlığa qədər öz çiyinlərində daşıyıb.  

Şəhid atası Asəm İbrahimli yerli mətbuata açıqlamasında bildirib ki, oğlunun şəklinin Ali Baş Komandanın əlində görəndə böyük qürur hissi keçirib. 

"Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan Adil kimi igidlərin ruhları şad olsun!”.

Xatırladaq ki, Adil İbrahimli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin şöbə rəisi Polkovnik İbrahimov Elman Adil oğlunun qardaşı oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin