Tanınmış təhsil eksperti, professor, parlamentin təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərov Moderator.az-ın suallarını cavablandırıb.
Nazir Mikayıl Cabbarov müəllimlərin qurultayında etiraf etdi ki, ən aşağı bal toplayanlar bir qayda olaraq müəllim ixtisaslarını seçməyə məcbur olurlar və bu azmış kimi bu ixtisası bitirmiş məzunlaın sayı real iş yerlərinin sayından iki dəfə çoxdur. Olmazmı ki, inkubator sexləri kimi az qala hər yerdə açılan və keyfiyyətsiz məzun istehsal edən “təhsil sexləri” bağlanılsın?
Təhsil naziri cənab Mikayıl Cabbarov təhsil sisteminin ən xəstə
yerini diqqət mərkəzinə çəkib. Uzun illərdir ki, ölkəmizdə ən aşağı bal toplayanlar bir qayda olaraq
pedoğoji ixtisasları seçirlər. Sanki, pedoqoji ixtisaslar cəmiyyət üçün çox da
vacib olmayan ixtisaslardır. 50 il öncə orta məktəblərdə o qədər talantlı müəllimlər
var idi ki, onlardan rayonun idarəedilməsində də geniş istifadə edirdilər. Hüquq,
həkim, mühəndis ixtisaslarını seçənlər gələcək həyatlarını daha firavan qura
bildiklərindən talantlı gənclik indi belə ixtisasları seçirlər, müəllim olmaq
istəmirlər. Çünki cəmiyyətdə müəllimin statusu lazım olandan çox aşağıdır və müəllim
peşəsi gözdən çox düşüb. Keyfiyyətli təhsil çox vəsait tələb edir. Bu vəsait çatmadığından
müəllimə az maaş verilirdi. Bu səbəbdən də aşağı bal toplayanlar müəllim
ixtisaslarını seçməyə məcburdular.
Bir az
keçmisə qısaca ekskursa edək...
1950 ”“ci illərdən qabaq Sovet dövləti təhsilin həm üfiqi (kəmiyyət
göstəricisini), həm də şaquli (keyfiyyət göstəricilərini) toplananını inkişaf etdirirdi. Fəhlə və kəndlinin
övladlarını oxutmaq üçün hər yerdə - şəhərdə, kənddə, aulda - məktəb açırdı. Müəllimin
cəmiyyətdə hörməti yüksək idi. Bu onun uğuru idi və ona uğur gətirirdi. Ancaq sonralar təhsilin şaquli toplananı inkişaf etdirə bilmirdi,
çünki maliyyəsi çatmadı. Nəticədə sovetlərin
çöküşü mərhələsində müəllim cəmiyyətdə gözdən düşdü.
Ölkəmizdə təhsilə baxışın mükəmməl olmaması istifadə etdiyimiz terminlərdən də görünür. Orta təhsilin ilk pilləsinin “ibtidai məktəb” adlanmasına diqqət yetirin. Təhsilin ilk pilləsi əsasdır, fundamentaldir, heç də ibtidai deyil. Amma biz buna “ibtida”i deyirik. Bildiyimə görə, Almaniyada ilk məktəblərim müəllimlərinin maaşı digər müəllimlərin maaşından 20 % çoxdur. Əlbəttə, bu, sağlam düşüncəyə uyğundur. Üstəlik, bütün dünyada təhsil almada əsas vasitə öyrənmək, bizdə isə oxumaq hesab edilir. Məlumdur ki, 10 dəqiqəyə oxuduğumuz bir şeri əzbərləmək üçün çox saatlar lazımdır. Fikirlərimizdə qüsur var. Deyirik ki, oğlum universitetdə oxuyur, ancaq deməliyik ki, oğlum universitetdə öyrənir. Fərq böyükdür. Bunu hiss etmək lazımdır. Bizim təhsilə baxışımızla, mükəmməl baxış arasındakı fərq, oxuma ilə öyrənmə terminlərinin məna tutumları arasındakı fərq qədərdir.
Nazir ödənişli təhsilin ləğv ediləcəyini və ali
məktəblərin iki qrupa-adi və milli universitetlərə bölünəcəyini bildirib. Bu
addımın faydalı və zərərli tərəflərini şərh etməyinizi xahiş edirik.
Ödənişli təhsilin labüdliyi,
liberal-demokratik cəmiyyətlərin məntiqindən törəyir. Seçim imkanını
artırır. Qaldı ki, ali məktəblərin iki
qrupa bölünməsn, bu, vaxtında qaldırılmış məsələdir. Qonşu RF-da
bu məsələ 2008 ildən gündəmdədir. RF-nın
universitetlərinin sayı 600 dən çoxdur. Ancaq bu universitetlərin heç biri
dünyanın 200 top universitetlərinin sırasına daxil deyil. 2008 ”“ci ildə hökümət
və prezident səviyyəsində qərarlar qəbul
edildi və bir sıra universitetlərin
konkurs əsasında statusu dəyişdirildi “milli tədqiqat universitetlər” adlandırıldı. Bu
universitetlər elm və təhsilin inteqrasiyası və texnologiyanın tətbiqinə məsuldurlar.
Bu universtetlərin sayı 30 dan azdır və maliyyə məsələlərində dövlətin diqqəti
altındadır.
İnanıram ki, bu yol bizim üçün
də məqbuldur. Qeyd edim ki, RF iki məşhur institutu bu siyasət altında birləşdirildi
(Moskva Mühəndis Fizika İnstitutu(МИФИ) və Moskva Polad və Xəlitə İnstitutu(МИСС))və Moskva Milli Tədqiqat
Nüvə Unversiteti adlandırıldı. Bizdə də hansısa inistitutların birləşdirilməsi
də mümkündür.
Təhsildəki
üçhakimiyyətliliyi necə ləğv etməli ki, nə şiş yansın, nə kabab? Məktəb
direktorlarını və az qala müəllimləri rayonlarda icra başçıları istədiyi
formada təyin edir və ya çıxarır, biliyin qiymətləndirilməsində isə neçə illərdi
TQDK ilə Təhsil Nazirliyi bir-birini didir?
Təhsili
sahəsini bütünlüklə Təhsil Nazirliyinə tapşırmaq, nəticəni də ondan soruşmaq
lazımdır. Bu sahədə ciddi siyasi qərarlar qəbul etmək lazımdır. Hər kəs bilir
ki, orta məktəbin verdiyi bilik 200 bal səviyyəsindədir.Yəni dövlətin ayırdığı
pul biliyə çevrilmir. Bu qüsurun səbəbini
kimdən soruşmalı: icra başçılarından, TQDK sədrindən,
yoxsa təhsil nazirindən? Sağlam düşüncə nə deyir?
Qaldı ki, biliyin qiymətləndirilməsin, bu şox asan məsələdir. Bilik
ölçülə bilən dəyərdi. Əgər nəticələr düz gəlmirsə, niyyətə diqqət yetirmək lazımdır.
Məktəb
direktorlarını və ali məktəb rektorlarını seçki yoluyla müəyyənləşdirmək bu qədərmi
çətin məsələdir?
Bu suala
dəfələrlə cavab vermişəm. Yaddaşlı oxucular bu suala mənim cavabımi bilirlər. Mən
parlamentdə olanda üç məsələnin üstündə möhkəm durdum. Onların biri də
rektorların seçilməsi idi. Bu məsələləni birdəfəlik və ya həmişəlik qapamaq üçün parlamentdə
rektorların sayını artırdılar. Ancaq mən inanıram ki, liberal demokratik cəmiyyətlərdə
rektorluğa yol seçkilərdən keçməlidir.
Nazirlik direktor
olmaq istəyənlər üçün kurslar təşkil edib. Bu kurslar direktor hazırlamq üçün
yetərlidirmi?
Bu çox əhəmiyyətli
yeni bir addımdır. Hesab edirəm ki, çox ümüdverici, əhəmiyətli bir adımdır. Bu
proses öz-özünü təkminləşdirə bilər.
Repetitorları məktəbdən kənarlaşdırmaq və bu sahəni
bazara çevirənlərin çörəyini kəsmək üçün nə təklif edirsiniz?
Repetitorluq
təhsilə arxadan vurulan zərbədir. Bu
fikiri dəfələrlə söyləmişəm. Repetitor təhsili
orta təhsildən fərqli olaraq abituriyentə
bir neçə fənni öyrədir. Nəticədə gənc kamil orta təhsil yox, bəzi fənlərdən mükəmməl,
ancaq kamil olmayan orta təhsil alır. Gənc orta təhsil məktəbdə alarkən dövlətə
bağlı olur, dövlətsevər, millətsevər olur. Evdə repetitor təhsili almış gənc ailəyə,
qohuma bağlılığı artır, vətən qarşısında özünü borclu saymır.
Bu fikri bir az dərinləşdirməyinizi xahiş edərdik...
İnsanlar anadan olarkən bəzilərində şəxsi, bəzilərində isə ictimai mənafe
hissi üstünlük təşkil edir. Allah -təala canlılar içərisində ancaq insana şüur vermişdir,
ona görə ki, o, ictimai mənafenin üstünlüyünü dərk etsin və ondan istifadə edə
bilsin. Bu işdə mədəniyyətin, təhsilin, tərbiyənin və idmanın və digər
faktorların rolu böyükdür. Orta təhsilin toplam məzmunu elə olmalıdır ki, məktəbi
qurtaran gənclərin əksəriyyətində ictimai mənafe (dövlətçilik, vətənpərvərlik və millətə qulluq hissi) şəxsi mənafedən (vəzifə
hərisliyi, varlanmaq arzusu, qohumbazlıq, yerlibazlıq hissi və s.) üstün olsun. Orta məktəb dərsliklərində
ictimai mənafe vəsf edilməli, qədərindən artıq şəxsi mənafe hissləri bədii,
tarixi nümunələr və misallarla tənqid edilməlidir. Fəaliyyətin hər bir növünü,
tədris materialının hər bir mövzusunu bu prizmadan keçirmək lazımdır. Repetitorluq bu ali dövləti vəzifələri həyata
keçirməyi pozur gənci fərdləşdirir, sosiallaşdırmır.
Müəllimləri attestasiyadan keçirərək ölkə üzrə onların sayını yarıbayarı azaltmaqla təhsilin keyfiyyətini artırmaq olmazmı?
KİV-lərdən aldığım məlumatlara
görə, nazirlikdə bu istiqamətdə məqsədyönlü iş aparılır.
Bu günlərdə Təhsil
Nazirliyinin yoxlaması AMİ Gəncə filialında dəhşətli faktlar ortaya çıxardı və
direktor Ramiz Məmmədovun işləri Baş Prokurorluğa göndərildi. Ölkə təhsilini cənginə
almış saxta diplomları müəyyənləşdirərək onların sahiblərini ifşa etmək mümkün
deyilmi?
Təhsilin əsas vəzifələrindən
biri də gəncləri düzgün tərbiyyələndirməkdən ibarətdir. Məncə ölkədə düzgün tərbiyyə
alan gənclərin sayı,tərs tərbiyyə alalanların sayından azdır. Hər kəs əyri əmələ əl qoyur. Nə
qanundan qorxan var, nə də Allahdan. Saxta dipom alanların çoxunu cəmiyyət
tanıyır. Onlarin adını yazıb nazirliyə göndərsələr, dövlətə xidmət etmiş
olarlar. Əyri adamlara dirəniş göstərmək lazımdır.































































































