27 sentyabr Azərbaycanda Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin Anım Günüdür.
Bu gün bir çox şəhid yaxınları onları anmaq üçün Şəhidlər Xiyabanına gəliblər. Kimi qardaşının, kimi oğlunun, kimi isə şəhid həyat yoldaşının fotolarını bağrına basıb şəhidlərin uyuduqları müqəddəs xiyabana üz tutublar.
Müharibə qaziləri Bizim.Media-nın kameralarına isə hər zaman canlarını vətən üçün fəda etməyə hazır olduqlarını deyiblər.
Birinci qəhrəmanımızın dediyi kimi özü və qardaşı Zamanov Ceyhun Qarabağ müharibəsi iştirakçısı olublar. İndi o, şəhid qardaşını Şəhidlər Xiyabanında anır.
Qazi Yaqubov Rauf isə deyir ki, bu döyüşlərdə iştirak etdiyi və torpaqların azadlığı uğrunda mübarizə apardığı üçün böyük qürur hissi keçirir.
Sözügedən videogörüntüləri diqqətinizə çatdırırıq.
Anar Rəhimov, Bizim.Media