“XəzərTV” üzr istədi

Hazırda oxunan: “XəzərTV” üzr istədi

38802

Bu günlərdə Türkiyədə antikorrupsiya əməliyyatları çərçivəsində qandallanmış Sədərək Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovla bağlı süjet efirə verən “XəzərTV”nin əməkdaşlarının yanlışlığı üzündən adıçəkilən şəxsin deyil, məhz onun şərlədərək həbs etdirdiyi keçmiş gömrük əməkdaşının-Məmməd Qurbanovun şəkli verilib. Bunu özünə qarşı təxribat hesab edən Məmməd Qurbanovsa Moderator.az-a müraciət edərək telekanalı məhkəməyə verməyə hazırlaşdığını, yalnız üzrxahlıq ediləcəyi təqdirdə bu iddiadan imtina edə biləcəyini bildirib.

Moderator.az-a açıqlama verən “XəzərTV”-nin xəbərlər redaktoru Vüsal Gözəlov yanlışlığa görə Məmməd Qurbanovdan üzr istədiklərini bildirdi:

“Bu texniki səhvin nəticəsidir. “Google” da axtarış verdiyimiz zaman səhv şəkil seçmişik, bunun nəticəsində bu problem yaranıb. Biz bu texniki səhvə görə Məmməd Qurbanovdan üzr istəyirik.”

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin