27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Sabah hər kəs eyvanından bayraq assın – ƏHALİYƏ MÜRACİƏT
Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
Vaqif Əsədov əlavə edib ki, sabah Anım Günü ilə bağlı Azərbaycanda saat 12.00-da bir dəqiqəlik sükut olacaq.
Bizim.Media