Artıq üç həftədən çoxdur ki, dünya köksünü dərmədən, Kiyev Maydanında baş verən hadisələri izləyir. Onun öz qəhrəmanları da var.
Ukraynalı “amazonka” Puslananı həqiqətən də Avromaydanın lideri hesab etmək olar. Müğənni Maydanı tərk etmir, dekabr ayındakı turunu təxirə salıb, onun əllərini şaxta aparıb, səsi isə tutulub. Bu qadının cəsarəti ayaq üstə alqışlanmağa layiqdir: tonqalın yanında qızınmağa imkanı olan mitinqçilərdən fərqli olaraq o, daima səhnədədir. “Mənim üçün artıq danışmaq da çətindi, amma biz sifətimizi qoruyuruq”, - bu, onun sözləridir. Ruslananın həyat yoldaşı - Aleksandr Ksenofontov daima onun yanındadır. O, Ruslananın faktiki olaraq tükəndiyini təsdiq etdi. “Mən qorxuram ki, bir gün o, yıxılacaq və bir daha qaxa bilməyəcək”.
“Avrovizion-2004” müsabiqəsinin qalibi olan Ruslana gecə-gündüz Maydandadır və and içib ki, onun Vətənində vəziyyət dəyişməsə o, özünü yandıracaq. Ukraynalı “amazonka” bu mübarizədə sonacan getmək əzmindədir. Maydanın səhnəsindən Ruslana belə də demişdi: “Əgər Ukrayna hakimiyyəti mitinqçilərin bütün tələblərini yerinə yetirməsə özümü öldürməyə hazıram.” Məhz Ruslana Maydanda aksiyalar dağıdılan zamanı zərər çəkənləri xəstəxanaya aparırdı. O, saatbasaat laqeyd olmayan həmvətənlərini bir yerdə olmağa və geri çəkilməməyə səsləyir.
“Berkut” qrupu tərəfindən nümayişlər dağıdılan zaman Ruslana öz facebook səhifəsində yazmışdı: “Biz Mixaylovsk kilsəsində gizlənmişik... Burada 100 nəfərə yaxın adam var... Yaralılar var. Azadlıq Maydanı tamamilə xüsusi təyinatlılar tərəfindən tutulubdur. Ora gedib şəxsi əşyalarımızı da götürmək olmur. Maydan zəbt olunub”.
Dünən onu 30 noyabr gecəsi “Berkut”un Maydanda dinc nümayişçilərə qarşı qəddarlıq faktı ilə bağlı prokurorluqda dindirirdilər. Öz facebook səhifəsində yazdığı kimi, Kiyev vaxtı ilə 10:20-də müğənni Ukrayna Prokurorluğunun Baş İstintaq İdarəsinin binasında idi. Ruslana təslim olmaq niyyətində deyil, onun məqsədi sona qədər getməkdir.
2013-cü ilin əvvəllərində Azərbaycanı da etiraz dalğası bürümüşdü. Lakin “Eurovision”da ölkəmizi təmsil edən heç bir iştirakçı xalqı dəstəkləmədi, hətta sosial şəbəkələrdə də öz dəstəyini ifadə etmədilər. Bu arada, onların karyera və həyatı kifayət qədər uğurla davam edir. Düşünürəm ki, bizim “Eurovision”çu müğənnilərimiz heç vaxt əldə etdikləri maddi rifahlarını risk altına qoymazlar.
Son illər Azərbaycanı “Eurovision” yarışmalarında təmsil etmiş müğənniləri bir daha oxuculara təqdim edək.
Səfurə Əli-zadə («Avrovizion-2012», 5-ci yer) İsveçdə yaşayır, Azərbaycandakı qlamur saytlara brilliant və maşınlar haqqında müsahibələr verir və Bakıya qayıtmağı düşünmür.
Aysel Teymurzadə - “Avrovizion-2009”-da üçüncü yeri tutub. Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlova ərə getdikdən sonra bütövlükdə özünü ailəyə və dünyanın ən prestij səsyazma studiyası “Dean Studios”-da albom yazmağa həsr edibdi.
Nigar Camal (“Avrovizion-2011” qalibi) Londonda yaşayır. O, 2013-cü ildə öz tarixi vətəninə heç də xalqı dəstəkləmək üçün deyil, 33 yaşını dəbdəbəli Sea Breeze otelində qeyd etmək üçün gəlmişdi. Və gəldiyi kimi də sağ-salamat geri döndü.
Eldar Qasımov, “Avrovizion-2011” qalibi. 2013-cü ildə “Böyük Səhnə” adlı yeni şouda münsiflər heyətinin üzvü olmuşdu, orada da ingilisdilli iki trek - “Waiting” и “Heartbreaker” təqdim etmişdi. Həmin ilin iyulunda “Mələklər” adlı yeni sinqlı çıxmışdı, oktyabrda isə “The One” adlı yeni mahnı və videoklip təqdim etmişdi. Noyabr ayında Emin Ağalarovun yazdığı “In your head” mahnısını və ona çəkilmiş klipi təqdim etmişdi. Ən maraqlısı odur ki, Eldar Qasımovun əcdadlarından biri Azərbaycan Demokratik Respublikası hökumətinin üzvü olmuşdu. Amma, ehtimal ki, genlər başqa qərar verdilər.
Bəlkə də oxucu deyəcək: onlar ”“ yaradıcı insanlardı, siyasətdən uzaqdırlar. Amma mən bunu cavablandırmaq istəyirəm: 90-cı illərdə Azərbaycanın yüz minlərlə vətəndaşı Bakının Azadlıq meydanında müstəqillik mücadiləsi verərkən onları yaradıcı insanlar ”“ Bəxtiyar Vahabzadə, Flora Kərimova, Sabir Rüstəmxanlı, Həsənağa Turabov, Azər Zeynallı və b. dəstəkləyirdi. Onda çox az adam özü haqda düşünürdü; cəmiyyətin əhəmiyyətli hissəsinin isə fikri bir idi ”“ MÜSTƏQİLLİK. Onlar rejim əleyhinə çıxmaqdan qorxmadılar, baxmayaraq ki, itirəsi çox şey var idi. Həm də ki, onların bir çoxuna Azadlıq meydanındakı çıxışlarından sonra rejim tərəfindən ciddi təzyiq edilirdi.
Tutalım ki, Azərbaycanın “Avrovizion” iştirakçıları ölkədən kənarda yaşayırlar. Lakin Azərbaycan və onun hüdudlarından kənarda tanınan digər populyar şou-biznes nümayəndələri var. Onlar Azərbaycan vətəndaşlarıdır və kifayət qədər zəngindirlər. Amma onlar susur, ona görə ki, həm deməyə sözləri yoxdur, həm də bu onlara lazım deyil.
Prinsipcə, mənim üçün Röyanı, Aygün Kazımovanı, Rəqsanəni və yerli şou-biznesin digər “ulduzcuqlarını” əsgər ölümlərinə, benzinin qiymətinin artmasına, seçkilərin saxtalaşdırılmasına qarşı keçirilən aksiyalarda nümayişçilərlə çiyin-çiyinə, bir sırada getmələrini təsəvvür etmək çox çətindir.
Buna baxmayaraq, onlar efirdən öz vətənpərvərlikləri haqda ucadan danışırlar. Bu vətənpərvərlik nədən ibarətdir? Onlara küllü miqdarda şəxsi mənfəət gətirən “layihələr”? Məhz bu, ŞƏXSİ VƏTƏN məfhumunu üstələyir. Ona görə də Azərbaycanın heç vaxt öz Ruslanası olmayacaq. Çox təəssüf...


































































































