Gəncədə ölkə başçısının doğum günü 52 min ağac əkməklə qeyd ediləcək

Hazırda oxunan: Gəncədə ölkə başçısının doğum günü 52 min ağac əkməklə qeyd ediləcək

38711

Prezident İlham Əliyevin doğum günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib. Bu barədə Moderator.az saytını Göncədəki mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kampaniyanın ilk günü ilk ağac Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı tərəfindən əkilib: “Dövlət başçısının doğum günü ilə əlaqədar kampaniya çərçivəsində ilk ağacı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əkib.  
Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncədə Məhsəti qəsəbəsində 52 min ağac əkiləcək. Proses bu gündən başlayaraq dekabrın 30-a qədər davam edəcək.
Sözügedən kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. Ağaclar aqro-texniki şərtlərə əmək olunaraq damcılama suvarma sistemi ilə təchiz olunub. Son iki ildə isə Gəncədə 2 milyondan artıq ağac əkilib”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin