Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçayda qətl törətməkdə təqsirləndirilən Ruslan Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media-nın xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 2-də Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı R.Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək P.Salehovu qəsdən öldürüb.
İttihama görə, R.Xəlilov Göyçayda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dayısına məxsus “Əsgəroğlu” adlanan mağazanı işlədib. P.Salehovun isə mağazaya 42 manat borcu olub.
Mübahisə də borc üstündə baş verib. Bu zaman P.Salehov ona nalayiq ifadələr işlədib. Daha sonra R.Xəlilov mağazada istifadə etdiyi bıçaqla onu qətlə yetirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 25.09.2021
42 manata görə tanışını ÖLDÜRDÜ - TƏFƏRRÜAT
Hazırda oxunan: 42 manata görə tanışını ÖLDÜRDÜ - TƏFƏRRÜAT
Hazırda oxunan: 42 manata görə tanışını ÖLDÜRDÜ - TƏFƏRRÜAT
38660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.