Millət vəkili: ““Şahdəniz 2” uğurlu ilin son akkordlarıdır”

Hazırda oxunan: Millət vəkili: ““Şahdəniz 2” uğurlu ilin son akkordlarıdır”

38653
"“Şahdəniz 2” layihəsi çox böyük layihədir və başa vurduğumuz uğurlu ilin son akkordlarıdır. Sözügedən layihə ölkəmiz üçün həm siyasi, həm də iqtisadi cəhətdən mühüm əhəmiyyətə malikdir”. 

Bu sözləri millət vəkili Gülçöhrə Məmmədova “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanmasının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, “Şahdəniz 2” ölkəmizin beynəlxalq aləmdə iqtisadi cəhətdən nüfuzunun artmasına və daha da güclənməsinə xidmət edən böyük bir layihədir: "Layihədən danışarkən ilk neft müqaviləsi olan “Əsrin Müqaviləsi”ni yada salmamaq mümkün deyil. Çox çətin bir şəraitdə, ölkəmizin ən ağır dönəmində Ulu Öndər Heydər Əliyev tərəfindən “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə çox böyük məharət və qabiliyyət hesabına imzalandı. 

Bunun davamı olaraq “Şahdəniz 2” layihəsi də bir çox ölkələrin marağına səbəb olub. Əlbəttə ki, bu layihədən tək Azərbaycan deyil, bir çox başqa dövlətlər, o cümlədən Avropa ölkələri çox böyük xeyir görəcəklər. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü daha artmasına səbəb olacaq. Həmçinin, layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq ki, bu da ölkəmizin siyasi nüfuzunun artması deməkdir. Bu hadisə çox əhəmiyyətlidir və Azərbaycan xalqını layihə münasibətilə təbrik edirəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin