Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na LAYİQ GÖRÜLDÜ - FOTO

Hazırda oxunan: Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na LAYİQ GÖRÜLDÜ - FOTO

38647

Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov informasiya savaşında ölkəmizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürünü bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid jurnalistin qardaşından ÜZÜCÜ PAYLAŞIM - FOTO


Nazirdən sonra TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı da çıxış edib. 

Mərasimin sonunda şəhid jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov da mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib.
 

Bundan başqa, siyahıda Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də adı var. 


Qeyd edək ki, mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı da nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin