Bu yerlərdə güclü yağış yağdı, daşqın oldu

Hazırda oxunan: Bu yerlərdə güclü yağış yağdı, daşqın oldu

38636

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 24-ü saat 13:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur. 

Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub. 

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin