İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.
Bizim.Media-nın məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.
Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan əraziyə güllər düzüblər.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndələri işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdədirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:09 / 25.09.2021
İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başladı
Hazırda oxunan: İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başladı
Hazırda oxunan: İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başladı
0:00
0:00
38622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.