XİN rəhbəri Avropa İttifaqının nümayəndəsi ilə NƏLƏRİ MÜZAKİRƏ ETDİ - FOTO

Hazırda oxunan: XİN rəhbəri Avropa İttifaqının nümayəndəsi ilə NƏLƏRİ MÜZAKİRƏ ETDİ - FOTO

38581

Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən  bildirilib. Görüş zamanı tərəflər Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin gələcək perspektivleri ətrafında fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Fransa XİN rəhbərləri QARABAĞ MÖVZUSUNU MÜZAKİRƏ ETDİ


Bu xüsusda, Azərbaycan və Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək ikitərəfli Saziş üzrə danışıqların hazırki statusu üzrə müzakirə aparılıb və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin ilin sonunda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Daha sonra tərəflər regiondakı son vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.
 

Nazir Ceyhun Bayramov müharibə sonrası mərhələdə həyata keçirilən bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması nəticəsində humanitar fəsadlar ilə bağlı məsələləri Ali nümayəndənin diqqətinə çatdırıb.


Ali nümayəndə Cozef Borel bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyünü qeyd edib.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin