Nurəddin Mehdixanlı Rasim Balayevlə şanslarını müqayisə etdi

Hazırda oxunan: Nurəddin Mehdixanlı Rasim Balayevlə şanslarını müqayisə etdi

38555

Rüstəm İbrahimbəyov bugün mətbuata verdiyi müsahibədə keçmiş dostu, xalq artisti Rasim Balayevə son zamanlar çəkdiyi kinofilmlərdə rol verməməsinə belə haqq qazandırıb ki, onunla dost olanları həbsxanaya salırlar, ona görə də Rasim Balayevi qorumaq üçün onu ssenarilərinə dəvət etmir. 

 Əcəba, doğrudanmı bu ölkədə siyasət o həddə qədər çirkinləşib ki, çəkilən kinofilmlərdə rol almaq üçün də hökmən hakimiyyətyönlü və ya ən azı ona loyal münasibətdə olmaq zəruridir?

Xalq artisti Nurəddin Mehdixanlı Moderator.az-a açıqlamasında məhz ona ünvanlananan bu suala bir az da incik cavab verib. Halbuki məqsədimiz ondan bir görkəmli sənətkar kimi Rüstəm İbrahimbəyovun məntiqinə münasibət bildirməsi idi. N. Mehdixanlının açıqlamasını təqdim edirik:

 "Yaradıcılıq həyatımın heç bir mərhələsində kino sahəsində rol almaq şansım böyük aktyorumuz Rasim Balayevin şansından yüksək olmayıb. O sahə muəyyən adamların monopoliyasında olub. Bizim nəsil aktyorları, uzun illər boyu ora yaxın buraxmayıblar. Bir-iki istisnalar olmaqla.

Ona göre də biz özümüzü ancaq teatr sahəsində sübut etmeyə çalışmışıq. Mənim teatrda ən məhsuldar çalışdığım illər 1980-1988-ci illər olub.O vaxtlar nə VHP var idi, nə Müsavat Partiyasi, nə də AXCP. Əksinə, ömrümün ən səmərəli işlər görə biləcək vaxtında, demək olar ki, ildə bir tamaşaya işləməyə dəvət alam, ya almayam. Bunun mənim hansısa tərəfə yaxınlığımla izah etmək yanlış yanaşmadır. Sadəcə bir-iki teatr rejissorunu çıxmaq şərtilə əksər rejissorlar tələbkar, təcrübəli, ,,niyə" sualını çox verən aktyorlarla işləməkdən çəkinirlər. Mən indi demək olar ki, repertuardakı yeni tamaşalarda yoxam. Bir-iki köhnə tamaşamdan başqa. Bizim teatrda oynanılan əksər yeni tamaşalarda daimi olaraq ciddi rol alanların əksəriyyəti heç də YAP üzvləri deyillər. Əksinə, .......

Mən heç bir siyasi qurumun, hec bir siyasi təşkilatın adamı deyiləm. Mən həmişə Millətimin, Dövlətimin, Bayrağımin yanında olmuşam və həmişə də belə olacaq. Siyasilər gələr, gedər. Baqi olan Vətənimiz,Millətimiz,Dövlətimizdir.

                 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin