Bakı küləyini milli sərvətə çevirməyə nə mane olur? - PROFESSORDAN AÇIQLAMA

Hazırda oxunan: Bakı küləyini milli sərvətə çevirməyə nə mane olur? - PROFESSORDAN AÇIQLAMA

38551

Son illərdə bütün dünyada alternativ enerji mənbələrinə maraq getdikcə daha da artmaqdadır. Artıq karbohidrogen ehtiyatları ilə zəngin ölkələr belə, enerji əldə etmək üçün alternativ üsullara önəm verməyə başlayıblar.

Belə ki, “ria novosti”-yə müsahibə verən rusiyalı milyarder Anatoli Çubays ən böyük arzusunun ölkəsində dəniz külək enerjisi stansiyaları qurmaq olduğunu bildirib. Nəzərə alsaq ki, bir neçə dənizin sahilində yerləşən Rusiya kimi bir ölkənin dənizdə külək enerjisi stansiyaları qurması, həqiqətən də böyük fayda gətirəcək, o zaman Çubaysın arzusunun reallığa dönüşməsi ehtimallarının yüksək olduğunu söyləyə bilərik.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlıların Rusiyaya növbəti AXINI ola bilər - Moskva şərtləri ASANLAŞDIRDI 


Elə Azərbaycan üçün də vəziyyət fərqli deyil. Belə ki, Xəzər sahilində yerləşən Azərbaycanda külək enerjisi üçün əlverişli potensialın olduğunu qeyd edə bilərik. 

Qeyd edək ki, statistik göstəricilərə görə Azərbaycanın külək enerjisi üzrə illik potensialı 3 000 MVt həcmindədir. 

Lakin...

Məsələ ilə bağlı Bizim.Media-ya müsahibə verən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev dünya təcrübəsində külək enerjisi potensialından aktiv şəkildə istifadə olunduğunu qeyd edib:

“Rusiyanın külək enerjisi potensialı böyükdür. Xüsusilə də, Şimal Buzlu okeanı boyunca küləyin enerji resursu çox böyükdür. Dünyada da bu istiqamətdə ən böyük iş Almaniyada aparılır. Belə ki, təkcə Bernburq şəhərində 500-dən çox külək qurğusu quraşdırılıb”.

Alim Azərbaycanın külək enerjisi potensialından da danışıb:

“Azərbaycanda da külək enerjisi potensialı var. Xəzər dənizi sahilləri, xüsusilə də Abşeron yarımadasında külək enerji stansiyalarının qurulması mümkündür. Lakin hal-hazırda Abşeronda yalnız 10-20 KVt gücündə külək enerjisi əldə etmək imkanı var. Buna səbəb isə, əhlinin sıx yerləşməsi və binaların çoxluğudur. Bu səbəbdən də, külək enerjisindən tam şəkildə istifadə etmək real deyil. Lakin Xəzər dənizində bu cür qurğulardan istifadə etmək mümkündür.
 

Məsələn, Neft Daşlarında külək enerjisi stansiyalarının yaradılması üçün əlverişli potensial var. Eyni zamanda bir sıra ərazilərdə böyük külək turbinlərinin quraşdırılması, ildırım düşmə təhlükəsi səbəbindən mümküsüz hala gəlir.”


Fəqan Əliyev külək turbinlərinin qurulmasının bahalı olsa da, digər enerji növlərinə nisbətən daha effektiv olduğunu da sözlərinə əlavə edib.

Ümumilikdə isə, külək enerjisi təkcə tükənən ehtiyatlardan əldə olunan enerji növlərindən yox, eyni zamanda digər alternativ mənbələrə nisbətdə də daha faydalıdır.

Bundan əlavə qeyd edə bilərik ki, Azərbaycanda külək enerjisindən istifadənin genişləndirilməsinin bir sıra müsbət nəticələr doğuracaq:

1. Karbohidrogen ehtiyatlarına qənaət olunacaq.

2. Ekologiyaya vurulan zərbə minimuma endiriləcək.

3. Ölkənin enerji ehtiyatlarının artması qonşu ölkələrə də ixracın genişləndirilməsinə imkan yaradacaq.

Qeyd olunanları nəzərə alaraq söyləyə bilərik ki, külək enerji stansiyalarına investisiyaların yönləndirilməsi gələcək perspektivdə Azərbaycana böyük fayda gətirəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin