Avtoxuliqanlıq edən sürücü yolu kəsib, azyaşlı uşağı isə boğaraq xəsarət yetirib - VİDEO

Hazırda oxunan: Avtoxuliqanlıq edən sürücü yolu kəsib, azyaşlı uşağı isə boğaraq xəsarət yetirib - VİDEO

3854

Bizim.Media “Atmosfer.az” saytına istinadən xəbər verir ki, yolda təhlükəli hərəkət edən sürücünün videosunu oxuculardan biri, Məharət Hüseynov “Avtosfer.az”-a göndərib.Oxucu müraciət edərək onun ailəsinə, azyaşlı övladının həyatına təhlükə yaşadan sürücünün hərəkətlərini ictimailəşdirib qanunamüvafiq qaydada cəzalandırılmasını istəyib.

Belə ki, Məharət Hüseynovun həyat yoldaşı noyabrın 28-i özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq ona təhlükə yaradıb.

Həmin vaxt avtomobildə 7 və 14 yaşlı azyaşlı övladları da olub. Yaşanan təhlükədən sonra xanım kəskin tormozlama etməyə məcbur olub.

Bu zaman isə avtomobildəki uşaqlar qorxuya düşüb. Daha sonra isə sürücü yol boyu ziqzaqvari hərəkətlər edərək yolda bir neçə avtomobilə təhlükə yaradıb. Xanım sürücü yaşadıqları mənzilə çatmağa az qalmış həmin sürücünün yolun kənarında dayanmasını görüb.

Etdiyi hərəkətlərə görə ona irad bildirən zaman, sürücü xanımı təhqir etməyə başlayıb. Təbii ki, anasının təhqir edildiyini görən 14 yaşlı oğlan övladı avtomobildən düşüb.

Bu zaman sürücü anasının gözü qarşısında həmin 14 yaşlı azyaşlını boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq bunu görən zaman qorxudan qışqırıb və hələ də hadisənin şokundan çıxmayıb.

Xoşbəxtlikdən həmin zaman oradan keçən vətəndaşlar hadisəyə biganə qalmayaraq köməyə gəlib və ağır faciənin baş verməsinin qarşısını alıblar.

Məharət Hüseynov artıq bu barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova da şikayət məktubu ünvanlayıb. O bildirir ki, onun həyat yoldaşı və azyaşlı övladlarına təhlükə yaşadan bu sürücü barədə müvafiq tədbir görülməsə, azadlığı məhdudlaşdırılmasa sabah hansı qadına, hansı azyaşlılara qarşı nələr edə biləcəyini bilmək olmaz.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin