Azərbaycanlıların Rusiyaya növbəti AXINI ola bilər - Moskva şərtləri ASANLAŞDIRDI 

Hazırda oxunan: Azərbaycanlıların Rusiyaya növbəti AXINI ola bilər - Moskva şərtləri ASANLAŞDIRDI 

38538

Rusiyada əmək miqrantları üçün qeydiyyat prosesi asanlaşıb. Ölkədə mobil tətbiq hazırlanıb və proqramın 2022-ci ilə kimi istifadəyə verilməsi planlaşdırılır. Bunun köməyi ilə miqrantlar sənədlərini qeydiyyatdan keçirə və iş axtara biləcəklər. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk açıqlayıb.

Maraqlıdır, Azərbaycandan Rusiyaya işçi qüvvəsi ilə bağlı axın sürətlənəcəkmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, daha cəlbedici işlər və onu asan əldə etmək imkanı yaranarsa, Azərbaycandan Rusiyaya nisbi işçi axını başlaya bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı nümayəndə Azərbaycan nazirliyində nəyə nəzarət edəcək? – Vahid Əhmədovdan AÇIQLAMA


“Rusiya əmək miqrantlarına ehtiyacı olan ölkələrdəndir. Pandemiya dövründə bu ehtiyac 12 milyon nəfərdən çox idi. Baxmayaraq ki, bu ölkə  BMT-nin əməkçi miqrantlar və onların ailə üzvülərinin müdafiəsi haqqında konvensiyaya qoşulmayıb, orada bir qədər miqrantların qəbulu asandır. Rusiyada icazəni iş axtaran miqrantın özü alır. Azərbaycanda isə işəgötürən əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi alır ki, bu daha mürəkkəbdir”.

Sahib Məmmədov qeyd edib ki, Rusiyada postpandemiya dövründə nisbi inkişaf prosesi başlayıb. Yeni canlanma fonunda miqrantlara ehtiyac yaranıb. Bu səbəbdən də asanlaşmaya gedilir: 

“Sadəcə olaraq Rusiyada miqarantlar üçün kvota bir neçə prinsip əsasında müəyyən olunur. Məsələn, Moskva üçün mövcud olan kvota sistemi ilə Vladivostok, yaxud Krasnodar üçün fərqli ola bilər. Azərbaycanda işçi qüvvəsinin artıqlığı var və əhalinin 64 faizi əmək qabiliyyətlidir. Bu böyük göstəricidir. Hansı ki, nə Avropada, nə də Rusiyanın özündə belə göstərici yoxdur. Çünki Azərbaycanda əhalinin yaş tərkibi cavandır”. 

Hüquq müdafiəçisi ölkəmizdə doğumun səviyyəsinin də MDB məkanında və dünyada ən yüksək yerlərdən birində qərarlaşdığını vurğulayıb:

“İldə hər 1000 nəfərə 8,4 artım var. Rusiyada müsbət mühit formalaşsa, çox güman ki, Azərbaycandan ora axın sürətlənə bilər. Amma onu da nəzərə almalıyıq ki, Vətən müharibəsindəki zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ciddi quruculuq işləri həyata keçirilir və özümüzdə də iş yerlərinə ehtiyac yarana bilər”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin