Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumata əsasən, R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib.
Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılıb və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib:
"Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.
R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması.
İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilib.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 24.09.2021
Müdafiə Nazirliyindən vətəndaşın narazılıq videosuna CAVAB - FOTO
Hazırda oxunan: Müdafiə Nazirliyindən vətəndaşın narazılıq videosuna CAVAB - FOTO
Hazırda oxunan: Müdafiə Nazirliyindən vətəndaşın narazılıq videosuna CAVAB - FOTO
0:00
0:00
38528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.