Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3 750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb.
Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb.
Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bizim.Media