Metroda qatarların hərəkət intervalına dəyişiklik edildi - SƏBƏB 

Hazırda oxunan: Metroda qatarların hərəkət intervalına dəyişiklik edildi - SƏBƏB 

0:00
0:00
38478

"Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, gur saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”. 

Bizim.Media xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

“Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq.

Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi gur saatların vaxtını təyin etməkdir”, - deyə o, qeyd edib. 

B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin