İtkin düşən Daşkəsən rayonunun sakinləri - Ülfət Rüstəmov və İsmət Bayramovun atının minaya düşdüyü məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
MÖVZU İLƏ BAĞLI:
İki azərbaycanlı itkin düşdü, axtarışlara Müdafiə Nazirliyi CƏLB OLUNDU
Onun sözlərinə görə, hazırda hadisə yerinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları (ANAMA) və polislər cəlb olunub:
“Göygöldə minalanmış ərazidə atın sümükləri, uşaqlardan birinin gödəkçəsi və birinin çəkməsi aşkarlanıb. Axtarışlar davam etdirilir”.
Bizim.Media