Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub.
Bizim.Media xəbər verir ki, məhkəmə materiallarından yer alan məlumata görə, sabiq nazir Ə.Əhmədovun həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib. Bu barədə məlumatı “Qafqazinfo” əldə edib.
Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib.
O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.
Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:54 / 24.09.2021
17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi - SƏBƏB
Hazırda oxunan: 17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi - SƏBƏB
Hazırda oxunan: 17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi - SƏBƏB
38461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.