Sentyabrın 23-də Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olublar.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Baş prokuror Qazaxıstana getdi - FOTO
Tədbir çərçivəsində qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılan iş şəraiti, Vətən müharibəsinə həsr olunan tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Daha sonra Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi heyətlə qonaqlar arasında qarşılıqlı ikitərəfli görüş keçirilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Bizim.Media