Azərbaycanda evlənməyə qız tapılmayacaq - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda evlənməyə qız tapılmayacaq - RƏSMİ

38375

Ölkə əhalisinin sayı 10 milyon 142 min 392 nəfərə çatıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən avqustun 1-dək əhalinin sayı 23 min 259 nəfər artıb. Bu əhalinin 0,2 faizini təşkil edir. 

Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin 53 faizinin şəhər, 47 faizinin kənd sakinləri olduğu məlum olub.

Yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 min 149 doğulan körpə qeydə alınıb, bu göstərici, əhalinin hər 1000 nəfərinə 11 təşkil edir. 

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin