Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.
Bizim.Media-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq
O bildirib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır:
“Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.
Bizim.Media