Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək – BU TARİXDƏ  

Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək – BU TARİXDƏ  

38350

Sentyabrın 26-sında Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. 

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

18 yeni ali tibb ixtisası üzrə imtahanlar belə keçiriləcək – NAZİRLİK QAYDALARI AÇIQLADI


İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Namizədlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün //eservices.dim.gov.az/brxv linkinə daxil olaraq çap edə bilərlər. 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır. 

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin