Azərbaycanlı atadan iyrənc HƏRƏKƏT – 2 qızına təcavüz etdi 

Hazırda oxunan: Azərbaycanlı atadan iyrənc HƏRƏKƏT – 2 qızına təcavüz etdi 

38305

Bakıda iki azyaşlı qızına təcavüz etməkdə ittiham olunan Sahib Şıxıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlanacaq. 

İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib. 

O, əvvəlcə 14 yaşlı qızı N.Ş-yə qarşı seksual xarakterli hərəkətlər edib. O daha sonra digər qızı T.Ş-nı zorlayıb 

Hər iki azyaşlı zərərçəkmişin hüquqi nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında araşdırma başlanıb və fakt təsdiqini tapıb. 

Bundan sonra Sahib Şıxıyev məsuliyyətə cəlb olunub. 

İstintaq orqanı tərəfindən Sahib Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan olunub. 

Cinayət işi üzrə Sahib Şıxıyevin iki qızı zərərçəkmiş şəxs qismində tanınıb. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin