Sərnişindaşıma şirkətlərinə tapşırıq VERİLDİ - AGENTLİK 

Hazırda oxunan: Sərnişindaşıma şirkətlərinə tapşırıq VERİLDİ - AGENTLİK 

38249

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə tapşırıq verib.

Bizim.Media xəbər verir ki, agentlikdən verilən məlumatda bildirilir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb:

"Yeni tədris ilinin başlanması ilə əlaqədar daşıyıcı şirkətlərin rəhbərləri ilə keçirilən görüşdə də sürücülərin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına dair tapşırıqlar verilib".
 

MÖVZU İLƏ BAĞLI:

BNA sürücülərə çağırış etdi


Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə göstərilir ki, iş və xidmət sahələrində işçilərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.(trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin