Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki, bu da yoluxma hallarının sayının artmasına səbəb ola bilər:
MÖVZU İLƏ BAĞLI:
BAŞ İNFEKSİONİST AÇIQLADI "Pandemiya yazda bitəcək" - FOTO
“Bunun baş verməməsi üçün müəllim heyətinin əksəriyyəti vaksinasiya olunmalı və məktəblərdə tədris Nazirlər Kabinetinin hazırladığı xüsusu təlimat əsasında aparılmalıdır. Bu məsələdə ciddi nəzarətin olması önəm daşıyır”.
Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. (Trend)
Bizim.Media