Sentyabrın 22-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbin yeni tikilən tədris binasının açılış mərasimi keçirilib.
Açılışıda nazir Emin Əmrullayev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri Gəncə STEAM Mərkəzində oldu - FOTO
Bizim.Media xəbər verir ki, yeni istifadəyə verilən 960 şagird yerlik məktəb binasında 30 sinif otağı, 6 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, məktəbəhazırlıq kabineti, STEAM otağı, kitabxana və oxu zalı, informatika otağı, 160 yerlik yeməkxana, akt və idman zalı fəaliyyət göstərir.
Məktəb binası videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri ilə tam təmin edilib.
Bizim.Media
Bu gün Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin yeni tikilmiş tədris binasının açılış mərasimində iştirak etdim. pic.twitter.com/bK6qQR9MkB
— Emin Amrullayev (@EminAmrullayev) September 22, 2021