Bu gün Azərbaycanda 27 zəlzələ OLUB – RƏSMİ 

Hazırda oxunan: Bu gün Azərbaycanda 27 zəlzələ OLUB – RƏSMİ 

0:00
0:00
38198

“Elə bir gün olmur ki, Azərbaycanda zəlzələ olmasın. Gündə təxminən 25-40 sayda təkan müşahidə olunur. Bu gün isə 27 yeraltı təkan qeydə alınıb”. 

Bu barədə Bizim.Media-ya AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

6 ayda Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı - ŞOK RƏQƏM   


Aktiv seysmik bölgələri sıralayan Qurban Yetirmişli yer daxilində bu proseslərin hər zaman getdiyini vurğulayıb:

“İl əzrində Azərbaycanda təxminən 3500-4000-ə qədər zəlzələ olur. Çoxu  zəif hiss olunanlardır. Şamaxı, İsmayıl, Böyük Qafqazın cənub-şərqi və Xəzər dənizi aktiv seysmik zonalar hesab olunur. Hazırda güclü və aktiv seysmik zona yoxdur. Hiss olunmayan təkanlar cihazlar tərəfindən qeydə alınır”.  

Qurban Yetirmişli zəlzələlərlə bağlı qısamüddətli proqnozların nəinki Azərbaycanda, dünyada belə vermək mümkün olmadığını xatırladıb. Əlavə olaraq yaxın günlərdə dağıdıcı və güclü zəlzələ gözlənilmədiyini bildirib.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin