Baş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Yasamal rayon sakini Əli Əliyevin "YouTube" sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, Ə.Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədridir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:26 / 22.09.2021
Baş Prokurorluq Partiya sədrinə XƏBƏRDARLIQ ETDİ - SƏBƏB
Hazırda oxunan: Baş Prokurorluq Partiya sədrinə XƏBƏRDARLIQ ETDİ - SƏBƏB
Hazırda oxunan: Baş Prokurorluq Partiya sədrinə XƏBƏRDARLIQ ETDİ - SƏBƏB
38189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.