Moped qəzasında 3 ölü, 10 yaralı var - RƏSMİ   

Hazırda oxunan: Moped qəzasında 3 ölü, 10 yaralı var - RƏSMİ   

38164

Bakı şəhəri üzrə yanvarın əvvəlindən sentyabrın 10-a qədər 321 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Onlardan 127 nəfəri yol qəzalarının qurbanı olub, 264-ü isə müxtəlif dərəcədə xəsarətlər alıb. 

Bu barədə məlumatı Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK


Onun sözlərinə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı artıb:

“Bu da ciddi narahatlıq doğurur. Xüsuslə bu hərəkətdə azyaşlıların da olması hər bir iştirakçını daha diqqətli olmağa və təhlükəsizliyin təmin edilməsində məsuliyyət hissini artırmağı tələb edir”. 

Vaqif Əsədov qeyd edib ki, təssüfedici faktlardan biri mopet sürücülərinin iştirak etdiyi yol nəqliyyat hadisələrinin sayında artım olmasıdır:

“Hər 12 hadisədən birində maped sürücüsü iştirak edir.”Zebra” xətlərində belə piyadalar vurulur. Maped sürücülərinin iştirak etdiyi 12 yol qəzasında 3 ölüm, 10 xəsarət var”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin