Həbsdə olan sabiq icra başçısı ECMO-ya QOŞULDU 

Hazırda oxunan: Həbsdə olan sabiq icra başçısı ECMO-ya QOŞULDU 

0:00
0:00
38160

Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır. 

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə M.Quliyevin vəkili məlumat verib. 

Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur: "Artıq 10 gündür ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır". 

M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. 
 

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 


M.Quliyev təhlükəli koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin