Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir:
“Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”.
A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:19 / 22.09.2021
Sumqayıtdan Bakıya yeni yol çəkiləcək? – DETALLAR
Hazırda oxunan: Sumqayıtdan Bakıya yeni yol çəkiləcək? – DETALLAR
Hazırda oxunan: Sumqayıtdan Bakıya yeni yol çəkiləcək? – DETALLAR
38159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.