2 dəfə raket hücumuna məruz qalan məktəbdə İLK ZƏNG - FOTO 

Hazırda oxunan: 2 dəfə raket hücumuna məruz qalan məktəbdə İLK ZƏNG - FOTO 

38127

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı erməni terrorçuların hücumlarına məruz qalan mülki obyektlərdən biri də Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbi olmuşdu. 

Bizim.Media xəbər verir ki, məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib. 

Məktəbin şagirdləri və pedaqoji kollektivi "Məktəb hədəf deyil" şüarı ilə ilk dərs gününə başlayıblar. 

Cari tədris ilində 41 şagirdin təlim-tərbiyyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin