"Teknofest"in Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Bizim.Media xəbər verir ki, bunu "Teknofest-2021" tədbirində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
“Qardaş Türkiyədə aerokosmik sənaye və texnologiyalarla bağlı "Teknofest" kimi irimiqyaslı bir festival keçirilir və biz bu tədbirdə iştirak edirik. Türkiyəli həmkarım Mustafa Varankla danışığımız zamanı növbəti "Teknofest"in Bakıda keçirilməsi barədə ilkin razılığa gəldik”, - deyə nazir “Twitter” hesabında qeyd edib.
Qeyd edək ki, Azərbaycan 4-cü dəfədir ki, "Texnofest" - Texnologiya Festivalında təmsil olunur. Ölkəmiz 9 start-up və 1 İT şirkəti təmsil olunur.
Bizim.Media
Qardaş Türkiyədə aerokosmik sənaye və texnologiyalarla bağlı "Teknofest" kimi irimiqyaslı bir festival keçirilir və biz bu tədbirdə iştirak edirik. Türkiyəli həmkarım Mustafa Varankla danışığımız zamanı növbəti "Teknofest"in Bakıda keçirilməsi barədə ilkin razılığa gəldik. pic.twitter.com/VTAoFdaByV
— Rashad Nabiyev (@RashadNNabiyev) September 21, 2021